Təhsil Nazirliyi və TƏBİB arasında əməkdaşlıq müzakirə olunub
İyunun 13-də Təhsil Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) arasında əməkdaşlıq əlaqələrinə dair görüş keçirilib.
Görüşdə təhsil naziri Emin Əmrullayev intensiv tibbi müayinələrin bir çox xəstəliklərin erkən aşkarlanmasına xidmət etməklə yanaşı, şagirdlərin tədris proqramlarının mənimsəmə səviyyəsinin müəyyən edilməsinə kömək edə biləcəyini qeyd edib.
Nazir təhsilalanların ilkin tibbi göstəricilərinə dair məlumatlarının təhsil sisteminin informasiyalaşdırılması üzrə məlumat bazasının alt sisteminə inteqrasiya edilməsini təklif edib.
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair” və “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair” birgə əməkdaşlıq tələb edən Dövlət Proqramları üzrə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə təhsil müəssisələrində tibbi xidmətlərin təşkili, bu istiqamətdə müasir tələblərin müəyyən edilməsi, tibb məntəqələrinin sayının artırılması, tibbi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, ixtisaslı mütəxəssislər tərəfindən uşaqların mütəmadi müayinəsinin həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.
Təhsil müəssisələrində infeksiyaya nəzarət tədbirləri haqqında təbliğatın aparılması, məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində gigiyenaya dair maarifləndirmə, qidalanma normaları, peşə təhsili müəssisələrində texniki işçilərin yetişdirilməsi üçün müvafiq bölmələrin açılması (laboratoriya, radiologiya üzrə texnik, qeydiyyatçı) ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda əməkdaşlığa dair birgə memorandumun imzalanması qərara alınıb.
2 il əvvəl
Digər xəbərlər
-
“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir
02.05.2025 - 16:47 -
Vətəndaş müraciətlərinin statistikası
02.05.2025 - 15:11 -
“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib
02.05.2025 - 10:07 -
RFO-nun biologiya fənni üzrə praktiki turuna infotur təşkil olunub
01.05.2025 - 14:30 -
2025–2026-cı tədris ili üzrə I siniflərə qəbul başladı
01.05.2025 - 11:30