2021-2022-ci tədris ili: "Rəqəmsal bacarıqlar"
2021-2022-ci tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqi genişləndirilib.
Layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, Şəki, Şamaxı, Lənkəran, Biləsuvar, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabran rayonları üzrə 250 məktəbdə 190 000-dən çox şagirdi əhatə edib.
11 məktəbin 10-cu siniflərində "Rəqəmsal bacarıqlar" təmayül sinifləri yaradılıb. Sözügedən siniflərdə 316 şagird təhsil alır və onlara həftədə 5 saat olmaqla informatika fənni tədris edilir. Bundan əlavə, cari tədris ilində layihə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərini də əhatə edib.
2 il əvvəl
Digər xəbərlər
-
“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir
02.05.2025 - 16:47 -
Vətəndaş müraciətlərinin statistikası
02.05.2025 - 15:11 -
“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib
02.05.2025 - 10:07 -
RFO-nun biologiya fənni üzrə praktiki turuna infotur təşkil olunub
01.05.2025 - 14:30 -
2025–2026-cı tədris ili üzrə I siniflərə qəbul başladı
01.05.2025 - 11:30