"Yeni çağırışlar"da təhsildə qiymətləndirmə barəsində danışılacaq
İyunun 7-si saat 19:00-da “Yeni çağırışlar”müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı TIMSS və PIRLS Beynəlxalq Təhsil Mərkəzinin icraçı direktoru, təhsildə qiymətləndirmə üzrə dünya şöhrətli professor İna Mullis olacaq. Professor ilə təhsildə qiymətləndirmə barəsində danışılacaq.
TIMSS və PIRLS beynəlxalq tədqiqat proqramlarının dünya səviyyəsində inkişafına liderlik edən İna Mullis 1994-cü ildən Boston Kollecində Təhsil departamentinin Təhsil tədqiqatları, ölçmə və qiymətləndirmə üzrə professorudur. PIRLS-in yaradıcılarından biridir.
Bildirək ki, PIRLS - Oxu Bacarığının İnkişafı üzrə Beynəlxalq Tədqiqatdır və 4-cü sinif şagirdlərini əhatə edir. TIMSS - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramıdır. Bu proqramda 4-cü və 8-ci sinif şagirdlərinin riyaziyyat və elm bilikləri qiymətləndirilir.
Azərbaycan TIMSS və PIRLS beynəlxalq tədqiqat proqramında 2011-ci ildən iştirak edir.
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network" platformasının təşkilatçılığı ilə davam edən proqram nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Vyetnamın təhsil və təlim nazirinin müavini ilə görüşüb
07.05.2025 - 19:00 -
Mərakeş Krallığının Şahzadəsi 132-134 nömrəli Təhsil Kompleksində olub
07.05.2025 - 16:54 -
Nazir müavini “Sərhəd” hərbi-idman oyununun yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
06.05.2025 - 16:25 -
TikTokda #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verilir
05.05.2025 - 14:29 -
Nazir müavini Azərbaycan nümayəndə heyətinin tərkibində Suriya Ərəb Respublikasında səfərdə olub
05.05.2025 - 10:51