• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin əməkdaşları arasında keçirilən futbol turnirinə yekun vurulub

Təhsil Nazirliyinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Nazirliyin əməkdaşları arasında 28 May – Müstəqillik Gününə həsr olunmuş futbol turniri keçirilib. 


Təhsil Nazirliyinin aparatının və tabe qurumların əməkdaşlarının iştirakı ilə 10 komandanın mübarizə apardığı  yarışların nəticələrinə görə, Təhsil İnstitutunun  “ARTİ” komandası I yerə, Nazirliyin aparatının əməkdaşlarından ibarət “Daxili nəzarət” və “ALL STAR” komandaları müvafiq olaraq II və III yerlərə layiq görülüblər.


Qaliblər Təhsil Nazirliyinin Həmkarlar İttifaqı tərəfindən mükafatlandırılıb. 


Qeyd edək ki, futbol turnirinin keçirilməsində məqsəd əməkdaşlar arasında komanda ruhunu gücləndirmək, onların asudə vaxtını birlikdə səmərəli təşkil etmək və  sağlam həyat tərzinə istiqamətləndirməkdən ibarətdir.
 


2 il əvvəl