Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılır
4 il əvvəl
3 iyun saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər qeyd olunan tarixdən etibarən 10 iyun saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Həmçinin müsabiqədə iştirak etmək istəyən şəxs hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında müəllim olaraq fəaliyyət göstərirsə, müddətsiz əsaslarla təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdiyi halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.
Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla linkə daxil olaraq tanış ola bilərsiniz: Sual-cavab
Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!
Digər xəbərlər
-
Milli Süni İntellekt Mərkəzinin hazırladığı "Neyron.ai" platforması “Rəqəmsal məktəb”də istifadəyə verilib
13.11.2026 - 14:30 -
Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır
13.11.2026 - 11:07 -
Həştərxanda ümummilli liderin adını daşıyan məktəbin 15 illiyi qeyd olunub
13.11.2026 - 11:00 -
Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb
11.11.2026 - 18:00 -
Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyət göstərir
11.11.2026 - 16:30
