Yerdəyişmə üzrə növbəti vakansiya seçiminə başlanılır
4 il əvvəl
18 may saat 11:00-dan Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.
Vakansiya seçimi üçün elektron sistem 23 may saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.
Qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər.
Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilir.
Digər xəbərlər
-
Milli Süni İntellekt Mərkəzinin hazırladığı "Neyron.ai" platforması “Rəqəmsal məktəb”də istifadəyə verilib
13.11.2026 - 14:30 -
Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır
13.11.2026 - 11:07 -
Həştərxanda ümummilli liderin adını daşıyan məktəbin 15 illiyi qeyd olunub
13.11.2026 - 11:00 -
Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb
11.11.2026 - 18:00 -
Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyət göstərir
11.11.2026 - 16:30
