“WorldSkills Asia” təşkilatına üzv seçilmiş Azərbaycan tərəfi ilə videogörüş
“WorldSkills Asia” təşkilatına üzv seçilmiş Azərbaycan tərəfi üçün texniki tanışlıq məqsədilə videogörüş təşkil edilib.
Videogörüşdə üzvlüyün yaratdığı fürsətlər, iki ildən bir təşkil edilən yarışların keçirilmə prinsipi və ümumilikdə yarışlara hazırlıq barədə geniş məlumat təqdim edilib.
Nəzərinizə çatdıraq ki, sözügedən təşkilat “WorldSkills” müsabiqəsinin Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsini nəzərdə tutur.
“WorldSkills Asia” müsabiqəsi, həmçinin Asiya qitəsi üzrə peşə təhsilli kadrlarının olimpiadası kimi də tanınır. Müsabiqənin əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib texnoloji, eləcə də xidmət sahələrində bacarıq və peşələrin inkişafı, bu sahədə bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsidir.
Qeyd edək ki, 17-19 noyabr 2020-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində təşkil ediləcək yarışda Azərbaycan tərəfindən 2 bacarıq üzrə iştirakçıların qatılması nəzərdə tutulur.
4 il əvvəl
Digər xəbərlər
-
Füzuli rayonu Aşağı Alıxanlı kənd tam orta məktəbində ilk idman festivalı keçirilib
26.09.2024 - 17:10 -
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı brifinq keçirilib
26.09.2024 - 15:00 -
Təhsilin İnkişafı Forumu keçiriləcək
26.09.2024 - 14:30 -
Moskva şəhərində Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
26.09.2024 - 12:00 -
Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək
25.09.2024 - 15:47