Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi
Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsini elan edir. Layihə təklifləri martın 2-dən 31-dək qəbul ediləcək. Hər iki kateqoriya üzrə layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az portalında qeydiyyatdan keçərək müvafiq sənədləri sistemə yükləməlidirlər. Layihə təkliflərinin məbləğləri “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır.
Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə 9 mövzu - ümumi təhsil müəssisələrində şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təhsilalanlara psixoloji dəstəyin göstərilməsi və ümumi təhsil müəssisələrində əlverişli sosial-emosional mühitin yaradılması; şagirdlərin milli ruhda tərbiyə olunması, ümumi təhsil müəssisələrində fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması; ümumi təhsildə metodiki bazanın gücləndirilməsi və metodik xidmət sisteminin təkmilləşdirilməsi; ümumi təhsil müəssisələrində inklüziya mədəniyyətinin formalaşdırılması; təhsildə texnoloji yeniliklərin tətbiqi; təhsildə valideynlərin rolunun artırılması və məktəb-valideyn münasibətlərinin inkişaf etdirilməsi üzrə keçirilir.
Qeyd edək ki, bu müsabiqə 2017-ci ildən keçirilir.
6 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib
10.09.2026 - 17:00 -
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026 - 16:39 -
Nazir müavini Həsən Həsənli Qazaxda vətəndaşları qəbul edəcək
09.09.2026 - 16:10 -
Elm və təhsil naziri İTV-nin “Diqqət mərkəzi” proqramında qonaq olub
09.09.2026 - 12:14 -
“İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib
08.09.2026 - 17:55
