Təhsil naziri Türkiyədə işgüzar səfərdədir
Martın 16-da təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri başlayıb.
Səfər çərçivəsində təhsil naziri Emin Əmrullayev Türkiyənin milli təhsil naziri Mahmut Özerlə görüşüb. Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkənin ümumi təhsil müəssisələrinin şagirdlərinin qarşılıqlı olaraq səfərlərinin təşviqi haqqında əldə olunmuş razılıq əsasında cari ilin 15-22 mart tarixlərində Azərbaycandan olan 25 şagird və onları müşayiət edən müəllimlərdən ibarət heyətin Türkiyənin Çanakkala şəhərinə səfərindən dolayı məmnun olduqlarını vurğulayıblar.
Qeyd edilib ki, cari ilin may-iyun aylarında isə Türkiyənin ümumi təhsil müəssisələrinin şagird və müəllimlərindən ibarət heyətin Bakıya və işğaldan azad olunmuş ərazilərə səfəri nəzərdə tutulur.
4 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan və Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ
28.08.2026 - 17:45 -
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edib
28.08.2026 - 17:36 -
Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək
27.08.2026 - 15:39 -
Bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyata start verilir
27.08.2026 - 15:00 -
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
27.08.2026 - 14:20
