• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Rusiya “MGIMO” 2022-2023-cü tədris ili üçün tələbə qəbulu elan edir

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib. Qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır. 


Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 16–24 fevral 2022-ci il tarixlərində tələb olunan sənədləri info@dim.gov.az  elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər. 


Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.
 


3 il əvvəl