• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qılıncoynatma idman növü üzrə respublika birinciliyi keçirilib

“Təhsil” Respublika İdman Mərkəzinin qılıncoynatma idman növü üzrə 2005-ci il təvəllüdlü və daha kiçik oğlan və qızlar arasında respublika birinciliyi keçirilib.


Pandemiya qaydalarına uyğun təşkil olunan yarışda uşaq-gənclər idman-şahmat məktəblərindən 100 idmançı qılıncoynatmanın sablya, rapira və şpaqa növləri üzrə mübarizə aparıb. 


Birincilikdə şəxsi və komanda görüşlərində oğlanlar və qızlar arasında  I, II, III yeri tutan idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunub. 


Qeyd edək ki, yarışın keçirilməsində məqsəd qılıncoynatma idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılması, şəhər və respublika yarışlarında iştirak etmək üçün mərkəzin yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub. 

 

Yarışda qeydə alınan nəticələr
 


3 il əvvəl