Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə dövlət təltiflərinin təqdimetmə mərasimi
Dekabrın 16-da Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.
Mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin ölkədə ali təhsil sisteminin inkişafında, yeni elm və təhsil müəssisələri şəbəkəsinin formalaşmasında əvəzsiz rolundan söz açıb. Ceyhun Bayramov çıxışında universitetin yubileyi ilə bağlı ölkə səviyyəsində və xaricdə silsilə tədbirlər həyata keçirildiyini xüsusi diqqətə çatdırıb. Nazir bildirib ki, 2019-cu il Azərbaycan təhsil tarixində BDU yubileyi kimi yaddaşlarda qalacaq.
Ötən tədris ilinin mühüm məqamları, təhsil nailiyyətlərinə toxunan Ceyhun Bayramov sonda BDU əməkdaşlarını təbrik edib, hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Bakı Dövlət Universitetinin əməkdaşlarına 100 illik münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə fəxri adlar, orden və medallar təqdim olunub.
6 il əvvəl
Digər xəbərlər
-
“Danışır təcrübə” layihəsinin XII görüşünün qonağı Vüsal Hüseynov olub
31.08.2026 - 14:21 -
Azərbaycan və Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ
28.08.2026 - 17:45 -
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edib
28.08.2026 - 17:36 -
Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək
27.08.2026 - 15:39 -
Bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyata start verilir
27.08.2026 - 15:00
