Payız semestri üzrə tələbə krediti üçün müraciətlərin qəbulu yekunlaşır
2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu başa çatır. Proses 16 fevral saat 00:00-dək davam edəcək.
Bu günədək tələbə krediti üçün 5651 müraciət qeydə alınıb. Onlardan 2447-si rəsmiləşdirilib, təhsil haqqı ödənilib.
Fevralın 16-dan cari tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna start veriləcək.
Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb
23.05.2025 - 17:13 -
Elm və təhsil naziri İSESKO-nun baş direktoru ilə görüşüb
22.05.2025 - 20:00 -
Nazir müavini "Gələcək təhsil liderləri" müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edib
22.05.2025 - 17:00 -
“Quacquarelli Symonds” qlobal reytinq agentliyinin rəhbərliyi ilə görüş keçirilib
22.05.2025 - 12:40 -
Elm və təhsil naziri Beynəlxalq Bakalavriat (IB) təşkilatının baş direktoru ilə görüşüb
22.05.2025 - 11:14