• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakıda Bolonya Prosesi üzrə İdarəetmə Qrupunun görüşü keçirilib

Bakıda Bolonya Prosesi üzrə İdarəetmə Qrupunun görüşü (BFUG Board Meeting) keçirilib. 


Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsi tərəfindən onlayn təşkil edilən beynəlxalq səviyyəli tədbir təhsil nazirinin müşaviri Nicat Məmmədlinin moderatorluğu ilə aparılıb.


Görüşdə 48 Avropa ölkəsinin və 8 Avropa təşkilatının (Avropa Komissiyası, YUNESKO, Avropa Universitetlər Assosiasiyası, Avropa Tələbələr Assosiasiyası və digər) təmsilçiləri və Təhsil Nazirliyinin nümayəndələri iştirak edib. 


Tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova açılış nitqi ilə çıxış edib.


Bildirilib ki, Azərbaycan artıq ikinci dəfədir ki "BFUG Board Meeting"ə evsahibliyi edir. 


Azərbaycan BFUG-yə qoşulduğu ildən etibarən BFUG-nin Kvalifikasiyalar Çərçivəsi üzrə Avropa Ali Təhsil Məkanı Şəbəkəsinin, Kvalifikasiyalar Çərçivəsi və Kredit Sistemi, Kvalifikasiyaların Tanınması və Keyfiyyətin Təminatı qruplarının üzvü olub.


Respublikamızın BFUG-nin sadalanan struktur bölmələrində iştirakı təhsil sistemi inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrindən yararlanmağa köməklik edib. Belə ki, Azərbaycanın BFUG ilə əməkdaşlığı aşağıdakılara nail olmağımıza xidmət edib:

- Üç səviyyəli ali təhsil sistemi;
- Avropa Kredit Transfer Sisteminin tətbiqi;
- Avropa standartlarına və qaydalarına uyğun olaraq yeni keyfiyyət təminatı sisteminin qurulması;
- Avropa Kvalifikasiyalar Çərçivəsinə uyğun Milli Kvalifikasiyalar Çərçivəsinin yaradılması;
- Tanınma qaydalarının sadələşdirilməsi və yenilənməsi;
- Əmək bazarı üçün diploma əlavənin təsis edilməsi;
- Universitet-sənaye əməkdaşlığının möhkəmləndirilməsi və s. 

 

Sadalanan islahatlarla yanaşı, tədris prosesində tələbəyönümlü yanaşmanın tətbiqi, təhsil proqramlarının kompetensiya yönümlü hazırlanması, mobillik və ikili diplom proqramlarının həyata keçirilməsi, keyfiyyəti təmin edən yeni strukturun yaradılması, tanınma prosesinin asanlaşdırılması üzrə kifayət qədər işlər görülüb. 


Qeyd edək ki, Azərbaycan 2005-ci ildən bolonya prosesinə qoşulub və elə həmin ildən etibarən Bolonya Prosesi üzrə İşçi Qrupunun (Bologna Follow-Up Group – BFUG) üzvüdür.


BFUG Avropa Ali Təhsil Məkanına (European Higher Education Area – EHEA) üzv olan ölkələrdə bolonya prosesini dəstəkləyən idarəetmə strukturudur. 
 


3 il əvvəl