• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Təhsilə ictimai baxış": Məktəb-valideyn tərəfdaşlığı müzakirə ediləcək

Fevralın 18-də Təhsil Nazirliyi yanında İctimai Şuranın və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” silsiləsindən növbəti müzakirə təşkil olunacaq. 
 
"Məktəb-valideyn tərəfdaşlığı" mövzusuna həsr olunacaq müzakirənin əsas məqsədi bu istiqamətdə mövcud vəziyyəti öyrənmək, məktəb və valideyn arasında tərəfdaşlığın səmərəli qurulması və inkişaf etdirilməsi yönündə maraqlı tərəflərin fikirləri ilə tanış olmaq, mövcud tərəfdaşlığın modelinin yeni formalarını hazırlamaqdır.
 
Müzakirədə Təhsil Nazirliyinin əməkdaşları, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, məktəb direktorları, valideyn və müəllimlər, o cümlədən QHT nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşlarının iştirakı nəzərdə tutulur. 
 
Müzakirə zamanı nazirlik yanında İctimai Şura və “T-Network” tərəfindən mövzu ilə bağlı valideynlər arasında aparılmış sorğunun nəticələri də təqdim olunacaq. Həmçinin, Türkiyənin TED Universitetinin təhsil fakültəsinin dekanı Yüksel Kavak Türkiyə təcrübəsi barədə təqdimatla çıxış edəcək. 
 
Qeyd edək ki, "Təhsilə ictimai baxış" silsilə müzakirələrin təşkilində məqsəd bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün reallıqları müzakirə etmək, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirməkdir.  


3 il əvvəl