• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Yeni çağırışlar”da xoşbəxt məktəblər haqqında danışılacaq

21 fevral saat 21:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı tanınmış türkiyəli psixoloq, Baltaş Qrupunun rəhbəri, professor Acar Baltaşdır. Qabaqcıl elm adamı Acar Baltaş ilə xoşbəxt məktəblər barədə danışılacaq.


Professor Cərrahpaşa Universitetində doktorantura təhsili zamanı Türkiyədə ilk dəfə olaraq neyro-psixologiya mövzusunu araşdırıb, “Beynin yüksək funksiyaları” haqqında tədqiqatlar aparıb. Acar Baltaş 1983-cü ildən bu günə kimi təşkilati psixologiya mövzusunda təcrübəsini iş həyatının ehtiyacları ilə uzlaşdıraraq liderlik və komanda işi mövzusunda seminarlar verir, kitablar yazır və insan resursları sahəsində xidmət göstərən Baltaş Qrupunu idarə edir.


“Həyatı dolu-dolu yaşamaq”, “Xəyalını yorğanına görə uzat”, “Türk mədəniyyətində idarəçilik”, “Yeni minillikdə iş uğurunun 12 açarı”, "Bir səyahət olaraq liderlik” və digər kitabların müəllifidir.  


Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq. 
 


3 il əvvəl