• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İtaliyada növbəti tədris ili üçün təqaüd proqramı

İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi istedadlı gənclərin İtaliyada magistratura səviyyəsində təhsili məqsədilə “İstedadına sərmayə et” adlı təqaüd proqramına sənəd qəbulu elan edib. Proqram mühəndislik və informasiya texnologiyaları, memarlıq, dizayn, idarəetmə və iqtisadiyyat üzrə nəzərdə tutulub. 


Müraciət üçün son tarix 15 fevral 2022-ci ildir. 


Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.
 


3 il əvvəl