• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan və Türkiyə arasında 4 peşə ixtisası üzrə təhsil proqramları hazırlanır

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində Türkiyə Peşə Təhsili Baş İdarəsi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında növbəti onlayn görüş keçirilib. 


Görüş çərçivəsində imzalanmış protokola uyğun olaraq, 4 ixtisas üzrə təhsil proqramları və planlarının hazırlanması müzakirə edilib.


Belə ki, birgə əməkdaşlıq çərçivəsində mebel sənayesi, turizm və ictimai iaşə, həmçinin İKT sahəsini əhatə edən 4 ixtisas üzrə tədrisin təşkili nəzərdə tutulur. Bundan əlavə, Türkiyə təcrübəsinə əsaslanan təhsil planlarının yerli şəraitə uyğunlaşdırılması üzrə işlərə başlanılıb. 


Protokol çərçivəsində hazırlanacaq 4 ixtisas üzrə təhsil proqramlarının Bakı və Qəbələ şəhərində yerləşən peşə təhsili müəssisələrində tətbiqi gözlənilir.


Qeyd edək ki, sözügedən protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.


3 il əvvəl