Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir
Oktyabrın 21-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdirilir.
Cari ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.
Qeyd edək ki, 2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.
Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ən çox verilən suallar və onların cavabları
5 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31