• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi davam edir

Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işini davam  etdirir.

Sərgiyə 22 ölkədən 150-dən artıq iştirakçı qatılıb. Builki sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır.

Sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunur. İştirakçılara "Rəqəmsal bacarıqlar", “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Univerium” yataqxanası, “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir Tələbə-Könüllü proqramı”, SABAH qrupları ilə bağlı stendlər və “Təhsil TV” Media Mərkəzi təqdim olunur.

“Eduexpo 2019” sərgisində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və digər ali təhsil müəssisələri iştirak edir.

Bu il sərgidə Almaniya, Belarus, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim edirlər. Eyni zamanda Avropa İttifaqının birləşmiş stendi debüt edir. Türkiyə builki sərgi çərçivəsində milli stend ilə çıxış edir. Rusiyanın regional qrupları Moskva və Novosibirsk şəhərlərinin təhsil müəssisələri ilə təmsil olunur.

Sərginin ikinci günündə "Təhsil TV" Media Mərkəzində “Olimpiadalarda qazanılan uğurlar, regionlarda lisey siniflərinin açılması”, “Hesablayıcı düşüncə meydançası – “Polyup” platformasının təhsildə tətbiqi”, “Məktəb tikintisi, cari ildə yeni istifadəyə verilən təhsil müəssisələri”, “Peşə təmayüllü siniflərin açılması”, “Çevik Bacarıqlar (Soft skills) müasir dövrdə”, “eTwinning Plus: layihə əsaslı öyrənmə”, “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti” mövzularında təqdimatlar keçiriləcək və aşbaz ixtisası üzrə hazırda 5 ulduzlu otellərdən birində çalışan məzun və işə götürənlərin iştirakı ilə TED Talk təşkil ediləcək.

Bu gün yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, sərginin baş sponsoru “Kapital Bank”dır.

Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır.

Oktyabrın 12-dək davam edəcək 13-cü Beynəlxalq Təhsil Sərgisinə giriş 9-11-ci sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.


5 il əvvəl