300 məktəbdə monitorinq aparılıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yerləşən 300 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb.
Monitorinqin məqsədi ümumi təhsil müəssisələrində giriş-çıxış və sanitar-gigiyena qaydalarına əməl edilməsi vəziyyəti, koronavirusa qarşı aparılan operativ nəzarət və maarifləndirmə, xəstəlik daşıyıcıları ilə bağlı görülən tədbirlər, həmçinin yeməkxana, kitabxana, idman zalı və məktəbdaxili infrastrukturdan istifadəyə dair tələblərə əməl olunma səviyyəsinin yoxlanılmasıdır.
Məktəblər üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən müəssisələrdə bu istiqamətdə işin daha yaxşı təşkili ilə bağlı tövsiyə və göstərişlər verilib.
Qeyd edək ki, monitorinq təhsil nazirinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrinin tələblərinə uyğun olaraq həyata keçirilib.
4 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilib
16.10.2026 - 17:29 -
Müəllimlər üçün vergi və maliyyə savadlılığı mövzusunda seminarlar keçirilib
15.10.2026 - 16:33 -
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
15.10.2026 - 12:32 -
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı növbəti görüş keçirilib
14.10.2026 - 15:17 -
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
14.10.2026 - 14:27
