Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin təhsilalanları arasında həyata keçirilən “Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir.

 

Layihə çərçivəsində bir sıra peşə təhsili müəssisələrində hüquqi maarifləndirmə tədbirləri, interaktiv seminarlar, təlimlər və praktiki məşğələlər təşkil olunub.

 

Tədbirlər Abşeron Binə Peşə Liseyi, Abşeron Ceyranbatan Peşə Liseyi, Bakı Turizm Peşə Məktəbi, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanlarını əhatə edib.

 

Maarifləndirmə tədbirlərində “İnsan alveri”, “Erkən nikahların hüquqi və sosial aspektləri”, “İctimai qayda pozuntuları və inzibati məsuliyyət”, “Bullinq və ictimai təzyiq”, eləcə də “Narkomaniya ilə mübarizə” mövzuları müzakirə olunub.

 

Layihənin əsas məqsədi gənclərin hüquqi biliklərini artırmaq, hüquq və vəzifələri barədə məlumatlılığını yüksəltmək, onlarda hüquq mədəniyyətini formalaşdırmaq, hüquq pozuntularına qarşı erkən müdafiə mexanizmləri barədə biliklərini genişləndirmək, həmçinin vətəndaş məsuliyyətini və hüquqi düşüncə tərzini inkişaf etdirməkdir.

 

Qeyd edək ki, cari ilin may ayından etibarən həyata keçirilən layihə çərçivəsində indiyədək ümumilikdə 500 nəfərə yaxın təhsilalan iştirak edib.


14.10.2026 - 14:27