• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində Məşvərət Şurası yaradılır

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində Məşvərət Şurasının yaradılması ilə bağlı görüş keçirilib.

Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyi, Kənd Təsərrüfatı İdarəsi, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Xidməti, həmçinin 30-dan artıq özəl sektorun nümayəndələri iştirak ediblər.

Görüşdə Qəbələ Peşə Təhsil Mərkəzi ilə regionda fəaliyyət göstərən özəl sektor arasında əməkdaşlığı gücləndirmək məqsədilə yaradılan Məşvərət Şurasının əsasnaməsi müzakirə olunaraq təsdiq edilib. Bildirilib ki, Şura ilk mərhələdə tədris planlarının razılaşdırılması, kurikulumlara baxılması və təkmilləşdirilməsi, tələbələrin qiymətləndirməsinin müəssisələr tərəfindən aparılması, karyera mərkəzinin, məktəbdə müəssisə guşələrinin yaradılması kimi fəaliyyətləri həyata keçirəcək.

Görüşdə ED VET layihəsi çərçivəsində kənd təsərrüfatı və turizm ixtisaslarının tədris planları nəzərdən keçirilib, üzvlərin iştirakı ilə razılaşdırılıb.

Qeyd edək ki, Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması (ED VET) layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir.

Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq, əmək bazarına uyğunluğunu təmin etməkdir.


5 il əvvəl