Yeni Peşə Təhsil Mərkəzi ilə bağlı görüş
Sentyabrın 4-də Peşə Təhsili üzrə Dövlət Agentliyində Koreya İdxal-İxrac Bankının İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondunun nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında 11 aprel 2014-cü il tarixində imzalanmış Kredit sazişi əsasında həyata keçirilən "Peşə Tədris Mərkəzinin Yaradılması” layihəsi üzrə icra edilmiş və icrası nəzərdə tutulan işlər müzakirə edilib.
Daha sonra Koreya İdxal-İxrac Bankının İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondunun direktoru Chang Younsoonun da yer aldığı nümayəndə heyəti yeni Peşə Təhsil Mərkəzində son tamamlanma işləri ilə tanış olublar.
Qeyd edək ki, cari tədris ilindən fəaliyyətə başlayacaq mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Sözügedən təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesi üçün nəzərdə tutulan kurikulumlar koreyalı ekspertlər və özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.
5 il əvvəl
Digər xəbərlər
-
“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir
02.05.2025 - 16:47 -
Vətəndaş müraciətlərinin statistikası
02.05.2025 - 15:11 -
“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib
02.05.2025 - 10:07 -
RFO-nun biologiya fənni üzrə praktiki turuna infotur təşkil olunub
01.05.2025 - 14:30 -
2025–2026-cı tədris ili üzrə I siniflərə qəbul başladı
01.05.2025 - 11:30