• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabr konfransının plenar müşavirələri başlayıb

Sentyabrın 2-də Mingəçevir, Quba və Şamaxı təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib.

Mingəçevir şəhər Dövlət Dram Teatrında keçirilən sentyabr konfransında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mingəçevir şəhər, Yevlax və Ağdaş rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və perspektiv məsələlərdən bəhs edib, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib. Nazir müavini 2019-2020-ci tədris ili üçün əsas prioritet məsələlərdən söz açıb, bununla bağlı bağlı tapşırıq və tövsiyələrini  verib. 

Konfransda iştirak edən Mingəçevir şəhər, Yevlax və Ağdaş rayonlarının təhsil şöbələrinin müdirləri ötən tədris ilinə dair hesabat məruzəsi ilə çıxış ediblər.

Sonra  yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb.

 

***

 

Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Quba, Qusar və Xaçmaz rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Müşavirədə Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, Quba, Qusar və  Xaçmaz rayonlarının təhsil şöbələrinin rəhbərləri və əməkdaşları, məktəb direktorları, direktor müavinləri, məktəb psixoloqları və təhsil işçiləri iştirak ediblər.

Konfransda müvafiq rayon təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlər və qarşıda duran məsələlər barədə hesabat məruzəsi ilə çıxış ediblər.

Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov çıxış edərək təhsil sahəsində həyata keçirilən yeniliklər və nəzərdə tutulan hədəflərdən danışıb.

Muxtar Məmmədov qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfrans növbəti tədris ili ilə bağlı müzakirələrlə davam etdirilib.

 

***

 

Şamaxı şəhər Mədəniyyət mərkəzində Şamaxı, İsmayıllı və Qobustan rayonlarının  təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Konfransda Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, sözügedən rayonların təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Əvvəlcə Şamaxı, İsmayıllı və Qobustan rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar hesabat məruzəsi ilə çıxış ediblər.

Daha sonra Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək təhsil şöbələrinin hesabatlarına öz münasibətini bildirib. Qeyd edilən rayonlar üzrə təhsil şöbələri və təhsil müəssisələrinin ötən dərs ilində keyfiyyət göstəricilərinin müqayisəli təhlilini diqqətə çatdıran aparat rəhbərinin müavini təhsil sahəsində əldə edilən nailiyyətlər barədə danışıb.

Fərzəli Qədirov yeni dərs ilində yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələri qarşısında duran vəzifələr, eləcə də ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb.

Müşavirə müzakirələrlə davam etdirilib.

 


5 il əvvəl