• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

85 il öncə “Azərbaycan müəllimi” dərc olunub

Sentyabrın 2-də “Azərbaycan müəllimi” qəzetinin ilk nömrəsi işıq üzü görüb. Qəzet 1934-cü ilin bu tarixində ilk dəfə  “Qommunist Məarifi” adı ilə nəşrə başlayıb. 

Təhsilə, pedaqoji məsələlərə geniş yer ayırdığı üçün qəzetin adı 1938-ci ildə dəyişdirilərək “Müəllim qəzeti” adlandırılıb və 1941-ci ilin iyun ayınadək bu adla nəşr olunub. 1946-cı ildən bu günədək isə “Azərbaycan müəllimi” adı ilə nəşr olunmağa davam edir.

Ölkənin ən tanınmış simaları qəzetin səhifələrində dövrün ən aktual pedaqoji, ədəbi və mədəni məsələləri ilə bağlı müntəzəm yazılarla çıxış ediblər.

“Azərbaycan müəllimi” bu gün də öz ənənələrinə sadiq qalaraq pedaqoji maarif istiqamətində fəaliyyətini davam etdirir. 


5 il əvvəl