Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində
“Suez” şirkətinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə rəsmi nümayəndələri, həmçinin “Sigma Technical Services” şirkətinin rəhbəri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzi tanış olublar.
Qonaqlara məlumat verilib ki, mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılan ilk pilot təhsil müəssisəsidir. Təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub.
Sonra beynəlxalq şirkətlərin nümayəndələri ilə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Əməkdaşlıq çərçivəsində şirkətlər tərəfindən tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramlarının təşkili, məzun tələbələrin işlə təmin olunmasına dəstəyin göstərilməsi nəzərdə tutulub. Mərkəz tərəfindən isə şirkətlərin işçi heyəti üçün peşəkar inkişaf proqramlarının təşkili, tədqiqatların aparılması məqsədilə müvafiq şəraitin yaradılması planlaşdırılır.
Yeni təhsil müəssisəsi 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayacaq. Qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəz artıq Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies” kimi ölkənin ən qabaqcıl müəssisələri ilə əməkdaşlığa başlayıb.
5 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31