• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məzunlara sertifikatlar təqdim olunub

İyulun 29-da  “Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı” layihəsində iştirak etmiş  məzunlara sertifikatlar təqdim olunub.

Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov  layihənin əsas məqsədindən söz açıb. Qeyd olunub ki, Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzi və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 2018-2019-cu tədris ilini başa vuran məzunları bu layihədə iştirak ediblər.Proqram peşə təhsili sektorundan olan məzunların bilik və bacarıqlarını təkmilləşdirməklə onlar üçün məşğulluq imkanlarının artırılması məqsədilə yaradılıb.

“British Council” təşkilatının ölkə üzrə direktoru Samr Şah çıxış edərək Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq əlaqələrindən, həyata keçirilən layihələrdən danışıb,  ölkəmizdə təhsilin  uğurla inkişaf etməsindən  məmnunluğunu  ifadə edib. Samir Şah birgə əməkdaşlıq çərçivəsində icra olunan layihənin səmərəliliyindən danışıb və  məzunları təbrik edib.

Tədbirdə bildirilib ki, hər il məzunların 60 faizinin turizm, qonaq qəbulu və xidmət sektorlarındakı aparıcı müəssisələrdən iş təklifi alması gözlənilir. Birləşmiş Krallığın sahibkarların təşəbbüsünə əsaslanan bacarıqlara və keyfiyyətə zəmanət üzrə təcrübəli People1st UK təşkilatı 20 nəfərə təlim keçib və müxtəlif peşə təhsili müəssisələrində təhsil alan aşpazlar, mehmanxana qapıçıları və təmizlik işçilərini təlim materialları ilə təmin edib. 2018-2019-cu illər üzrə proqrama cəlb edilmiş tələbələr Azərbaycanda aparıcı beş ulduzlu otellərdə təcrübə və peşə təlimi keçərək praktik iş təcrübəsi vasitəsilə turizm və qonaq qəbulu sektorlarında öz karyeralarına qədəm qoyublar.

Sonra “Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı”na cəlb edilmiş mehmanxana biznesinin nümayəndələri də sözügedən layihənin əhəmiyyətindən danışaraq onun peşə təhsilinə töhfə verəcəyinə əminliklərini vurğulayıblar.

Daha sonra proqramı uğurla bitirən məzunlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, proqram Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council”, eyni zamanda Bakıda, həmçinin regionlarda fəaliyyət göstərən mehmanxanalarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməkdədir və aşpaz, oteldə konsyerj və mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi ixtisaslarını əhatə edir.


5 il əvvəl