"Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri “EYOF Bakı 2019”-da qızıl medal qazanıb
XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarında “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri milli komandanın tərkibində yüksək nəticə göstərib. Fərid Sadıqlı Yunan-Roma güləşi, Murad Haqverdiyev isə sərbəst güləş üzrə yarışlarda qızıl medal qazanıb.
Ümumilikdə festivalda 50-ə yaxın Avropa ölkəsindən 3 min 600-dən çox idmançı və texniki nümayəndə heyəti iştirak edir. Yarışlar bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş olmaqla 10 idman növü üzrə 12 yarış məkanında keçirilir.
Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına güləş yarışları ilk dəfə daxil edilib.
5 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31