Müddətli müqavilə ilə vakansiya seçimlərinin nəticələri
22-24 sentyabr tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimlərinin nəticələri elan olunub. Namizədlərin şəxsi səhifələrinə vakansiya seçimi nəticələri ilə bağlı məlumat göndərilib.
Vakansiya seçimlərində iştirak edən namizədlərdən 426 nəfər proqram təminatı vasitəsi ilə seçdiyi vakant yerə yerləşdirilərək müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb. Uğur qazanan namizədlər 28 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərdən sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tələb olunur.
Qeyd edək ki, müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi planlaşdırılır. Həmçinin növbəti mərhələdə tədris ili ərzində yaranan vakant yerlərə namizədlərin imtahan nəticəsi və yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.
4 il əvvəl
Digər xəbərlər
-
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası çərçivəsində Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında görüş keçirilib
10.07.2026 - 18:00 -
Nazir müavini Həsən Həsənli Ruanda Respublikasının səfiri ilə görüşüb
10.07.2026 - 14:04 -
Firudin Qurbanov Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib
09.07.2026 - 10:22 -
“SABAH-ın Məzunu 2026” tədbiri keçirilib
08.07.2026 - 19:42 -
Nazir müavini BMU-İNHA ikili diplom proqramının III məzun buraxılışı tədbirində iştirak edib
08.07.2026 - 16:19
