Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi davam edir
2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir.
Cari ilin aprelindən başlayan proses iyul ayının ortalarına qədər davam edəcək. Hazırda ən çox baxış sayının I sinif “Azərbaycan dili (tədris dili)” fənni üzrə dərslik layihəsinə aid olduğu müşahidə edilir.
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsində iştirak etmək istəyənlər www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsinə daxil olmaqla yerləşdirilən istənilən layihəni oxuya, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazaraq prosesə öz töhfələrini verə bilərlər. İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər.
Təhsil Nazirliyi bir daha alimləri, təhsil işçilərini, ziyalıları, valideynləri, bir sözlə, bütün vətəndaşları müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.
6 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
