• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 21-də Yasamal rayonundakı 60 saylı məktəbdə Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Təhsil müəssisələri və media: qarşılıqlı münasibətlər” mövzusunda dəyirmi masa keçirilib.

Təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, şuranın idarə heyətinin üzvləri, qəzet redaktorları, paytaxtın bəzi məktəb direktorlarının iştirak etdiyi tədbirdən öncə qonaqlar 60 saylı məktəblə tanış olub, müasir metodlar üzrə tədris edilən dərslərdə iştirak ediblər. Daha sonra təhsil müəssisələri ilə media qurumları arasında qarşılıqlı münasibətlər mövzusu ətrafında müzakirələr aparılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı təmsil olunduğu idarənin mətbuatla sıx əməkdaşlıq etdiyini və bu sahədə görülən işləri diqqətə çatdırıb, mövcud problemlərdən söz açıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov təhsil müəssisələri ilə media arasında əlaqələrin daha da genişləndirilməsinin, təhsildən yazan jurnalistlərin bu sahədəki problemlərin həllinə yardımçı olmalarının vacibliyinə toxunub, həmçinin, rəhbəri olduğu təşkilatın Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əməkdaşlığından danışıb. Sonra Mətbuat Şurasının sədri ölkənin və cəmiyyətin inkişafı üçün əsas strateji istiqamətlərdən biri olan təhsil sahəsinə xüsusi önəm verilməsini media rəhbərlərinə və jurnalistlərə tövsiyə edib. Azərbaycan təhsilində görülən işləri yüksək dəyərləndirən Ə.Amaşov ictimaiyyətin bu istiqamətdə mütəmadi olaraq məlumatlandırılmasının zəruri olduğunu bildirib.
Təhsil naziri Misir Mərdanov müzakirə edilən məsələnin əhəmiyyətinə diqqəti çəkərək, təhsil sistemində baş verən yeniliklər barədə ictimaiyyətin düzgün məlumatlandırılmasının vacibliyini vurğulayıb. Nazir onu da qeyd edib ki, mətbuatla əməkdaşlıq bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də həyata keçirilən islahatların müsbət nəticələnməsinə təkan verir. Belə müzakirələrin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd edən nazir mətbuat nümayəndələri və qəzet redaktorlarının ucqar kənd məktəblərinə getmələri, buradakı təhsil şəraiti ilə yaxından tanış olmaları təklifi ilə çıxış edib.
“Azərbaycan” qəzetinin baş redaktoru, Mətbuat Şurasının üzvü Bəxtiyar Sadıqov Azərbaycan jurnalistikasının bugünkü durumu haqqında iştirakçılara geniş məlumat verib, Mətbuat Şurasının “qara siyahı”sında olan kütləvi informasiya vasitələrinə qarşı mübarizədə dövlət qurumları və jurnalistlərin birgə mübarizə aparmasının məqsədəuyğun olduğunu bildirib. Daha sonra B.Sadıqov ziyalıları, təhsil müəssisəsi rəhbərlərini ictimai fəallığın artırılmasına və sıx əməkdaşlığa dəvət edib, rəhbərlik etdiyi qəzetin təhsil sahəsinə diqqət göstərdiyini və bu işin davamlı olacağını qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək, rəhbərlik etdiyi qurumun kütləvi informasiya vasitələri ilə birgə gördüyü işlərdən danışıb, fondun təsdiq etdiyi proqram və layihələrdə təhsil sahəsinə xüsusi önəm verildiyini və müvafiq istiqamətdə görülən işlərin bundan sonra da gücləndiriləcəyini diqqətə çatdırıb.
Sonra “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurasında “reket qəzet”lərlə mübarizə üzrə işçi qrupuna rəhbərlik etdiyini, istər təmsil olunduğu qəzetdə, istərsə də Mətbuat Şurasında təhsil sahəsinə yüksək diqqətlə yanaşıldığını qeyd edib.
Dəyirmi masada çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə nazirliklə kütləvi informasiya vasitələri arasındakı münasibətlərdən söz açıb, ikitərəfli münasibətlərin daha da yaxşılaşdırılması üçün rəy və təkliflərini bildirib.
Tədbirdə çıxış edən məktəb direktorları bəzi mətbuat orqanlarında müəllim nüfuzuna xələl gətirən materialların dərc olunması və bunun ictimaiyyətə təsiri ətrafında danışıblar.
Sonda təhsildən yazan jurnalistlərin ixtisasının artırılması, Təhsil Nazirliyi, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının birgə müsabiqə təşkil etməsi barədə müzakirələr aparılıb və tədbirlər planı hazırlamaq məqsədilə işçi qrup yaradılıb.
Tədbirdə iştirakçılara Mətbuat Şurasının “reket mətbuat” elan etdiyi və 94 qəzetin yer aldığı “qara siyahı” təqdim edilib.


9 il əvvəl