Peşə təhsili müəssisələrinə qəbul olunanların nəzərinə!
Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsində uğur qazanmış şəxslər 30 avqust saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Tələb olunan sənədlər aşağıdakılardır:
- Attestatın əsli;
- Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
- Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
- Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
- Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.
Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə "SMS" bildiriş artıq göndərilib. Müsabiqədən keçən şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasında yerləşən “Şəxsi kabinet” bölümündən əldə edə bilərlər.
Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. II mərhələ ilə bağlı məlumat yaxın günlərdə paylaşılacaq.
4 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan məktəbliləri Beynəlxalq Fizika Olimpiadasında son 20 ilin ən yüksək nəticəsini əldə ediblər
13.07.2026 - 11:33 -
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası çərçivəsində Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında görüş keçirilib
10.07.2026 - 18:00 -
Nazir müavini Həsən Həsənli Ruanda Respublikasının səfiri ilə görüşüb
10.07.2026 - 14:04 -
Firudin Qurbanov Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib
09.07.2026 - 10:22 -
“SABAH-ın Məzunu 2026” tədbiri keçirilib
08.07.2026 - 19:42
