Məktəb psixoloqlarının regional konfransı
İyunun 8-də Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi və Psixologiya Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə məktəb psixoloqlarının regional konfransı keçirilib.
Konfransda Təhsil Nazirliyi, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi, Psixologiya Elmi Tədqiqat İnstitutu və Təhsil İnstitutunun əməkdaşları, məktəb rəhbərləri, psixoloqlar və digər şəxslər iştirak edib.
Sumqayıt şəhər, Abşeron və Qubadlı rayon ümumtəhsil məktəblərinin psixoloqlarının iştirak etdiyi konfransı giriş sözü ilə açan Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev məktəblərdə psixoloji işin təşkilinin əhəmiyyətindən danışıb. Ümumtəhsil müəssisələrində psixoloji xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri diqqətə çatdıran Firidun Həmzəyev bu məsələnin Təhsil Nazirliyinin xüsusi diqqət və nəzarətində olduğunu vurğulayıb. Firidun Həmzəyev həmçinin valideynlərlə işin əhəmiyyətindən danışıb və məktəb psixoloqlarına bir sıra tövsiyələr verib.
Regional konfransda çıxış edən Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə konfransın əhəmiyyətinə toxunaraq bu kimi tədbirlərin psixoloqların işinə müsbət təsir etdiyini bildirib və Sumqayıt məktəblərində aparılan psixoloji işin təşkilindən söz açıb.
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov öz növbəsində məktəb psixoloqlarının cəmiyyət üçün ən vacib şəxslərdən biri olduqlarını qeyd edib, Təhsil Nazirliyi ilə birgə apardığı işlərdən danışıb.
Çıxışlardan sonra regional konfrans plenar və bölmə iclasları ilə işini davam etdirib.
6 il əvvəl
Digər xəbərlər
-
Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru Elm və Təhsil Nazirliyində olub
19.05.2026 - 17:00 -
Elm və təhsil naziri Beynəlxalq Bakalavriat (IB) Təşkilatının baş direktoru ilə görüşüb
19.05.2026 - 12:50 -
“Microsoft” ilə strateji tərəfdaşlıq genişlənir
19.05.2026 - 11:20 -
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
19.05.2026 - 10:00 -
Elm və təhsil naziri serbiyalı həmkarı ilə görüşüb
18.05.2026 - 22:00
