Məktəbəhazırlıq qruplarına qəbul başlayır
Avqustun 10-dan 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start verilir.
Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.
5 il əvvəl
Digər xəbərlər
-
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11.09.2026 - 16:00 -
Emin Əmrullayev AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib
10.09.2026 - 17:00 -
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026 - 16:39 -
Nazir müavini Həsən Həsənli Qazaxda vətəndaşları qəbul edəcək
09.09.2026 - 16:10 -
Elm və təhsil naziri İTV-nin “Diqqət mərkəzi” proqramında qonaq olub
09.09.2026 - 12:14
