Dövlət Proqramı məzunu RTŞ əməkdaşlarına təlim keçib
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“nın məzunu tərəfindən rayon (şəhər) təhsil şöbələrinin əməkdaşlarına təlim keçirilib.
Təlimçi sözügedən proqram çərçivəsində Niderland Krallığının “Maastricht School of Management” ali təhsil müəssisəsində “Biznesin idarəedilməsi” ixtisası üzrə magistratura təhsili almış Şahin İsmayılbəyli olub.
Yerli təhsili idarəetmə orqanlarının əməkdaşları üçün keçirilən onlayn təlim “İşgüzar yazışmalar” mövzusuna həsr edilib.
Təlimdə Təhsil Nazirliyinin tabeliyində olan müxtəlif rayon (şəhər) təhsil şöbələrinin əməkdaşları iştirak edib. Təlimdə işgüzar yazışmaların aparılması, sənədləşmə, korporativ elektron poçtlardan istifadə qaydası və digər məsələlərə dair məlumatlar paylaşılıb.
3 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31