“Məktəbdə liderliyin inkişafı” adlı təlimlər davam edir
İyulun 13-dən start verilən “Direktorlar klubu” çərçivəsində “Məktəbdə liderliyin inkişafı” adlı onlayn təlimlər davam edir. Təlimlər strateji planlaşdırma, liderlik, məktəbdaxili monitorinq və keyfiyyətə nəzarət, təşkilati davranış, komanda işinin təşkili və motivasiya mövzularını əhatə edir.
Təlimlərdə “Direktorlar klubu”na üzv olan və müxtəlif bölgələri təmsil edən 60 məktəb direktoru iştirak edir.
Qeyd edək ki, kluba üzv olmaq istəyən məktəb direktorları müvafiq linkə keçid edə bilərlər: https://forms.gle/1QVWonEzjMimNRNp9
Klubun əsas məqsədi ümumtəhsil məktəb direktorlarının kommunikasiyasını və təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığı inkişaf etdirmək, bu yolla onların bacarıqlarını təkmilləşdirmək, təhsilin idarəetməsində keyfiyyətin inkişafına töhfə verməkdir.
3 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31