Ali təhsilin doktorantura səviyyəsinə sənəd qəbulu elektronlaşdırılıb
İyulun 1-dən https://portal.edu.az/ platformasında ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu xidməti aktiv edilib. Belə ki, sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər “Şəxsi kabinet” vasitəsilə müraciət edə və müraciət üzrə statuslarını izləyə biləcəklər.
Müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsi proseslərin daha çevik və keyfiyyətli təşkilinə şərait yaradacaq. Tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə biləcəklər. Bununla yanaşı, qeydiyyatın portal üzərindən aparılması məlumatların vahid elektron bazada toplanılmasına, digər xidmətlərlə qarşılıqlı inteqrasiyasına, geniş analiz və hesabatlılığın təmin edilməsinə şərait yaradacaq.
Xidmətdən istifadəyə dair aşağıdakı videotəlimatı izləyə bilərsiniz.
5 il əvvəl
Digər xəbərlər
-
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
17.08.2026 - 17:05 -
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb
17.08.2026 - 16:32 -
Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır
17.08.2026 - 12:08 -
“Maarifçi”lər arasında intellektual oyun keçirilib
17.08.2026 - 11:31 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır
10.08.2026 - 17:24
