“Məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edilir
Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün “Məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edir.
Sözügedən vakansiya üzrə namizədlər üçün müəyyənləşdirilmiş tələblər aşağıdakı kimidir:
· Ali təhsil;
· Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;
· Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
· Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
· Yüksək səviyyədə Azərbaycan dili biliyi;
· “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;
· Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
· Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
· Monitorinq və qiymətləndirmə bacarığı;
· Təşkilatçılıq bacarığı;
· Komandada işləmə bacarığı;
· Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;
· Minimum yaş həddi - 30 yaş.
Müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçid vasitəsilə göndərə bilərlər. Son müraciət tarixi 10 iyul 2021-ci ildir.
Qeyd edək ki, vakansiya ilə bağlı daha ətraflı məlumatla müvafiq linkə (https://bit.ly/35D3m4e) daxil olaraq tanış ola bilərsiniz.
5 il əvvəl
Digər xəbərlər
-
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48 -
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24.07.2026 - 14:56 -
Komandamız Avropa Universitet Oyunlarının final mərhələsinə yüksəlib
24.07.2026 - 11:08
