• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil nazirinin müavini Yıldız Teknik Universitetinin nümayəndə heyəti ilə görüşüb

İyunun 18-də təhsil nazirinin müavini Muxtar Məmmədov Türkiyə Respublikası Yıldız Teknik Universitetinin rektoru Tamer Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüş zamanı təhsil nazirinin müavini Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara məlumat verib. Bundan başqa, ölkəmizin ali təhsil müəssisələri ilə Yıldız Teknik Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.


2 il əvvəl