2020-2021-ci tədris ili rəqəmlərdə
Məktəbəqədər və ümumi təhsil
166 minədək uşaq birinci sinfə gedib
2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib.
Ölkə üzrə 106 min 580 uşaq məktəbəhazırlığa cəlb edilib
2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunda 106 580 nəfər uşaq təhsilə cəlb edilib.
İcma əsaslı məktəbəqədər təhsil qrupları
2020-2021-ci tədris ilində ölkə üzrə 50 şəhər və rayonda təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 10 minə yaxın 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.
94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 30 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.
339 adda 7233214 nüsxə dərslik və metodik vəsait
2020-2021-ci tədris ilində ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7233214 nüsxə dərslik və metodik vəsait çap edilib. 2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib. Dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif "Riyaziyyat”, I sinif “Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır. Yeni dərsliklər sırasında "Macmillan" Nəşriyyatının “İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də var.
"Dərs vaxtı"nın 9548-ci buraxılışı efirə gedib
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin 2020-2021-ci tədris ilində 9548-ci buraxılışı efirə gedib.
"Virtual məktəb" – Ən iri milli platforma
2020-2021-ci tədris ilinin sonlarına doğru platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 426 721, müəllimlərin sayı 128 186, aktiv istifadəçi sayı 1 123 126 təşkil edib.
"Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqi genişləndirilib
2020-2021-ci tədris ilində Təhsil Nazirliyinin "İnformatika" fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi uğurla davam etdirilib. Layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki şəhər və rayonları üzrə 222 məktəbi və 120 minədək şagirdi əhatə edir.
Beynəlxalq fənn olimpiadalarında yüksək nəticə
2020-2021-ci tədris ilində Azərbaycan məktəbliləri müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 3 qızıl, 12 gümüş, 29 bürünc medal və 9 həvəsləndirici mükafat olmaqla ümumilikdə 44 medal əldə ediblər.
5345 müəllim müddətsiz əmək müqaviləsi ilə işə qəbul hüququ qazanıb
2020-2021-ci tədris ili üzrə 8899 namizəd ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunub. Namizədlər üçün təşkil olunan onlayn müsahibələrdə 5345 nəfər uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb.
Məktəbdənkənar fəaliyyət
2020-2021-ci tədris ili ərzində məktəbdənkənar fəaliyyət üzrə keçirilən tədbirlərdə 200 mindən artıq şagird iştirak edib.
Təhsil Nazirliyinin tabeliyində olan uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri milli yığmanın tərkibində beynəlxalq yarışlarda uğurla çıxış edərək Avropa çempionat və birinciliklərində 2 qızıl, 3 gümüş və 5 bürünc medal, dünya miqyaslı yarışlarda 2 gümüş və 5 bürünc medal qazanıb.
Peşə təhsili
Peşə təhsili müəssisələrinə qəbul
2020-2021-ci tədris ilində 120 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparılıb. 14 mindən çox şəxs peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub.
Elektron qəbul prosesi
2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul ilk dəfə olaraq elektron qaydada iki mərhələli şəkildə aparılıb. Elektron müraciətlər http://qebul.vet.edu.az/ saytı üzərindən ünvanlanıb.
Peşə ixtisası üzrə dərsliklər elektron formatda
Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib. 39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb.
Müəllimlərin işə qəbulu elektron qaydada təşkil olunub
İlk dəfə olaraq, peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu elektron qaydada https://portal.edu.az/ elektron müraciət portalı üzərindən baş tutub. Qəbul ümumtəhsil fənn müəllimi, ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vakansiyaları üzrə aparılıb.
3 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusunda
2020-2021-ci il tədris ili ərzində daha 3 peşə təhsil müəssisəsi - Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Dəmir yolu və metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzləri publik hüquqi şəxs statusu qazanıb.
Direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulu
2020-2021-ci tədris ilində ilk dəfə olaraq peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə 3 mərhələdə həyata keçirilib. Müraciətlərin qeydiyyatı https://portal.edu.az/ elektron müraciət portalı üzərindən aparılıb.
Peşə təhsili üzrə 380 teledərs
2020-2021-ci tədris ilində peşə təhsil pilləsində tədrisin fasiləsizliyinin təmin olunmasını, həmçinin distant (məsafədən) tədris prosesinin təşkilində rol oynayan əsas dəstəkləyici alət – teledərslər olub. Cari tədris ilində ixtisas və baza modulları üzrə ümumilikdə 380 teledərs çəkilib.
Ali təhsil və elm
Xaricdə doktorantura proqramı
“2019-2023 Dövlət Proqramı” çərçivəsində 2020 – 2021-ci tədris ili üzrə 52 doktorant prioritet ixtisas istiqamətləri üzrə dövlət hesabına dünyanın top 500 universitetində təhsil almaq hüququ qazanıb.
İkili diplom proqramları
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində hazırda 3 beynəlxalq ikili diplom proqramı təsis olunub və həyata keçirilməkdədir.
2020 – 2021-ci tədris ili üzrə ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil və insan kapitalı inkişafı” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı, ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “Kompüter elmləri və verilənlərin təhlili” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı, Cənubi Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı həyata keçirilib. Hazırda növbəti tədris ili üçün BMU – İnha ikili diplom proqramına mühəndislik ixtisasları üzrə qəbula start verilib, ADA-CVU və ADPU –CVU ikili diplom proqramlarında qəbul yekunlaşıb.
234 nəfər xaricdə təhsil almaq hüququ qazanıb
2020-2021-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada 5, Rusiya Federasiyasında 5, Latviyada 8, Qazaxıstanda 3, ümumilikdə isə 234 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
89 ölkədən 6500-ə yaxın əcnəbi tələbə
2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.
Tələbələrin köçürülməsinin nəticələri
Transfer.edu.az portalına müraciət edən 2 721 nəfərdən 1 856 nəfərin müraciəti müsbət cavablandırılıb. Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1 856 nəfərdən 1 777-ni bakalavriatura, 20-ni magistratura səviyyəsi üzrə, 59-nu isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.
760 SABAH tələbəsi məzunu
2020-2021-ci tədris ili üzrə ölkənin 10 baza ali təhsil müəssisəsinin SABAH qruplarına tələbə seçimi aparılıb. 805 tələbə 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb. 2021-ci ildə 760 SABAH tələbəsi məzun olacaq.
3 il əvvəl
Digər xəbərlər
-
“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
23.12.2024 - 17:55 -
Nazir müavini Azərbaycan din xadimlərinin Forumunda iştirak edib
23.12.2024 - 17:00 -
Nazir Sabunçu rayonunun məktəb direktorları ilə görüşüb
23.12.2024 - 12:55 -
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinə start verilib
23.12.2024 - 11:02 -
Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
23.12.2024 - 10:20