• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İşə qəbul üzrə elektron sənəd qəbulu başa çatıb

2021-2022-ci tədris ili üzrə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

 

4-11 iyun tarixlərini əhatə edən elektron sənəd qəbulu zamanı 62 242 namizəd qeydiyyatdan keçib. Miq.edu.az saytı vasitəsilə həyata keçirilən qeydiyyatda 60 627 namizəd elektron ərizəsini tamamlayaraq müraciətini təsdiqləyib.

 

Qeyd edək ki, namizədlərin elektron ərizəsi yoxlanıldıqdan sonra onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.


3 il əvvəl