UNEC əməkdaşlarına dövlət təltifləri təqdim edilib
İyunun 10-da Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə, bu ali təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.
Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə UNEC-in professor-müəllim heyətinin böyük bir qrupunu yüksək dövlət mükafatlarına layiq görülməsi münasibəti ilə təbrik edib. Emin Əmrullayev UNEC-in ölkəmizdə elmin, təhsilin inkişafında müstəsna xidmətlərini diqqətə çatdırıb.
Nazir sonda UNEC əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra universitetin əməkdaşlarına 90 illik münasibətlə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə dövlət təltifləri təqdim olunub.
4 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
09.06.2026 - 11:28 -
Elm və təhsil naziri qazaxıstanlı həmkarı ilə görüşüb
09.06.2026 - 09:37 -
Elm və təhsil naziri Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak edib
08.06.2026 - 19:17 -
Emin Əmrullayev Qırğız Respublikasının maarif naziri Dogdurgul Kendirbayeva ilə görüşüb
08.06.2026 - 18:15 -
Emin Əmrullayev Türkiyənin milli təhsil naziri ilə görüşüb
08.06.2026 - 17:48
