BDU tələbələri və jurnalistlər üçün təlim
5 il əvvəl
Mayın 31-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ixtisaslaşdırma təlimi keçirilib.
Təlimdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin magistratura səviyyəsində oxuyan tələbələr və təhsil sahəsindən yazan media nümayəndələri iştirak ediblər.
Təlimdə startap ekosistem təmsilçisi Məmməd Kərim “Rəqəmsal media: yeni trendlər” və telejurnalist Xəyal Tağıyev “İxtisaslaşmış jurnalistika: müasir mediada onun yeri” mövzularında çıxışlar ediblər.
Rəqəmsallaşmanın həyatın bütün aspektlərini əhatə etdiyini diqqətə çatdıran Məmməd Kərim bildirib ki, rəqəmsal media üzərindən auditoriya toplamaq imkanları daha böyükdür. İndi internet “məlumat daşıyıcısı” anlayışını tamamilə dəyişib və demək olar ki, hər kəs onlayn kanallar vasitəsilə məlumat ötürür. Zamanla vərdişlər də dəyişir. Məmməd Kərimin fikrincə, müasir dövrdə startap layihələrinə yatırılan sərmayənin yarısı rəqəmsal mediaya xərclənir.
Daha sonra çıxış edən Xəyal Tağıyev təlim iştirakçıları ilə öz təcrübəsini bölüşüb. Xəyal Tağıyev jurnalistikanın qaydalarından, jurnalist peşəkarlığından və ixtisaslaşmış jurnalistikanın əhəmiyyətindən danışıb.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Digər xəbərlər
-
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
28.10.2026 - 17:31 -
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib
28.10.2026 - 15:30 -
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
28.10.2026 - 10:45 -
Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin açılışı olub
28.10.2026 - 10:00 -
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
27.10.2026 - 18:17
