Apellyasiya Şurasının növbəti iclası keçirilib
Aprelin 9-da təhsil nazirinin müavini, Nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin Təhsil müəssisələri ilə iş sektorunda məsləhətçi vəzifəsinə namizəd Yusif Quliyevin, Zərdab Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Firqiyyə Sadıqzadənin, Siyəzən Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd Sahib Tağıyevin və İmişli Rayon Təhsil şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Bəhrəm Ədalət oğlunun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 1 nəfərin şikayətinin təmin olunması, 3 nəfərin şikayətinin təmin edilməməsi barədə Şura tərəfindən qərar qəbul olunub.
5 il əvvəl
Digər xəbərlər
-
“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
23.09.2026 - 17:51 -
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək
23.09.2026 - 15:20 -
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38 -
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
22.09.2026 - 19:50 -
Nazir uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına dair yüksək səviyyəli tədbirdə iştirak edib
22.09.2026 - 14:28
