Apellyasiya Şurasının növbəti iclası keçirilib
5 il əvvəl
Martın 19-da təhsil nazirinin müavini, Nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Xocalı Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Qönçə Nurəddinovanın və Ucar Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Fizuli Ələsgərovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 1 nəfərin şikayətinin təmin olunması, 1 nəfərin şikayətinin təmin edilməməsi barədə Şura tərəfindən qərar qəbul olunub.
Digər xəbərlər
-
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
20.11.2026 - 18:00 -
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri müzakirə olunub
20.11.2026 - 17:00 -
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
20.11.2026 - 16:35 -
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
19.11.2026 - 19:32 -
Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirilib
19.11.2026 - 15:39
