Təhsil Nazirliyi qadınlar arasında İT-nin təbliğinə görə mükafatlandırılıb
Təhsil Nazirliyi qadınlar arasında İT sahəsinin populyarlaşdırılmasına və təbliğinə göstərdiyi dəstəyə görə diplom və mükafatla təltif olunub. Mükafat Bakıda keçirilən "Bakutel 2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransı çərçivəsində baş tutan “Azərbaycan qadınları İKT-də - Femmes Digitales (AWIC)” klubunun təşkilatçılığı ilə sayca 2-ci “AWITA 2018” (“The Women in IT Award”) mərasimində verilib.
Bu il “AWITA” mükafatı müsabiqəsinə 100-dən artıq ərizə daxil olub. Yekun nəticəyə görə, 11 nominasiya üzrə qaliblər müəyyənləşdirilıb. Müsabiqənin “Rayon və ucqar bölgədə İT sahəsinə verilən töhfə” nominasiyası üzrə İsmayıllı rayonu 1 nömrəli tam orta məktəbin müəllimi Bahar Abdullayeva, “İlin innovativ müəllimi” nominasiyası üzrə Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin fizika-informatika müəllimi Aliyə Əhmədova qalib elan olunub.
“Azərbaycan qadınları İKT-də - Femmes Digitales (AWIC)” klubu dövlət və özəl sektorda çalışan qadınları birləşdirmək, həmçinin onların bu sahədə təhsil almaları və karyera yüksəlişinin təmin edilməsi məqsədi ilə yaradılıb. Bu il klub 4 yaşını qeyd edib.
7 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT
25.06.2026 - 13:00 -
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
25.06.2026 - 10:41 -
Nazir Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışlarını izləyib
24.06.2026 - 20:34 -
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
24.06.2026 - 15:15 -
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
24.06.2026 - 13:00
