Müəllimlər arasında müsabiqə keçiriləcək
Təhsil İnstitutu tərəfindən “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçiriləcək.
Dekabrın 15-də keçiriləcək müsabiqənin məqsədi istedadlı şagirdlərlə işləyəcək pedaqoji kollektivi müəyyənləşdirmək, onların müxtəlif layihələrə cəlb olunmaqla pedaqoji və akademik bacarıqlarının inkişafını təmin etməkdir.
Müsabiqə beş fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçiriləcək. Müsabiqənin ümumi mükafat fondu 15000 manatdır. Hər bir fənn üzrə I yerin qalibinə 1500 manat, II yerin qalibinə 1000 manat, III yerin sahibinə isə 500 manat mükafat veriləcək.
“Kapital Bank”ın baş sponsorluğu ilə keçiriləcək müsabiqədə iştirak könüllüdür.
7 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT
25.06.2026 - 13:00 -
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
25.06.2026 - 10:41 -
Nazir Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışlarını izləyib
24.06.2026 - 20:34 -
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
24.06.2026 - 15:15 -
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
24.06.2026 - 13:00
