Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin mart ayında 356 müraciət daxil olub.
Qəbul edilən müraciətlərin 311-i telefonla, 45-i elektron poçt vasitəsilə göndərilib. Daşıdığı informasiyanın əhəmiyyətindən və mövzusundan asılı olmayaraq bütün müraciətlər dinlənilib, qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara göndərilərək müvafiq araşdırılmalar aparılıb, ünvanlı müraciətlər yazılı şəkildə cavablandırılıb.
Müraciətlərin böyük əksəriyyəti anonimdir. Müraciətlərdə sorğuların sayı daha çoxdur. Bu isə cari ilin fevral-mart ayları ərzində ümumtəhsil məktəblərinin IX-XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama imtahanları, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi, Respublika fənn olimpiadalarının və Beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi ilə əlaqədar olub. Belə müraciətlər ümumi sorğuların 70 faizindən çoxunu təşkil edir. Digər sorğular xaricdə təhsil, müəllimlərin əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması, tanınması və sair məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismində məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunur. Bu müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin 90 faizdən çoxu ümumtəhsil məktəbləri ilə əlaqədardır. Belə müraciətlərin böyük əksəriyyəti Bakı şəhərindən, bir qismi Gəncə, Sumqayıt və Şirvan şəhərlərindən daxil olub. Eyni zamanda Abşeron, Qəbələ, Gədəbəy, Şəki, Şamaxı, Beyləqan, Lənkəran rayonlarından daha çox müraciət qeydə alınıb. Müraciətlərdə ümumtəhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində çatışmazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər öz əksini tapıb.
Təhsil Nazirliyinin “Qaynar xətt”inə edilən bütün müraciətlər ciddi araşdırılıb və müvafiq tədbirlər həyata keçirilib.
9 il əvvəl
Digər xəbərlər
-
“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir
02.05.2025 - 16:47 -
Vətəndaş müraciətlərinin statistikası
02.05.2025 - 15:11 -
“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib
02.05.2025 - 10:07 -
RFO-nun biologiya fənni üzrə praktiki turuna infotur təşkil olunub
01.05.2025 - 14:30 -
2025–2026-cı tədris ili üzrə I siniflərə qəbul başladı
01.05.2025 - 11:30