Narkomaniya ilə mübarizəyə və insan hüquqlarına dair təlim
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 6 nömrəli məktəb-liseydə təlimçilər üçün təlim keçirilib. Təlim “Təhsilalanlar arasında narkotik vasitələrin istifadəsi ilə mübarizənin və insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması” mövzusuna həsr olunub. Təlimlərə “Məktəblinin dostu” layihəsindən və uşaq-gənclər idman məktəblərindən ümumilikdə 70 əməkdaş cəlb edilib.
Təlimlər sağlam həyat tərzi üzrə təbliğat kampaniyasının təşkili, təhsil müəssisələrində çalışan pedaqoji heyətin zərərli vərdişlərlə mübarizə barəsində maarifləndirilməsi və biliklərinin artırılması məqsədilə təşkil olunub.
Təlimlər təhsildə psixososial xidmətin təşkili, zərərin azaldılması, insan alveri, yoluxucu xəstəliklər, stressin növləri və aradan qaldırılması, böhranlı vəziyyətlərdə psixoloji reaksiya və ilkin psixoloji yardım, posttravmatik stress pozuntusu, məişət zorakılığı zamanı ilkin yardım alqoritmləri və digər mövzuları əhatə olunub.
7 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT
25.06.2026 - 13:00 -
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
25.06.2026 - 10:41 -
Nazir Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışlarını izləyib
24.06.2026 - 20:34 -
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
24.06.2026 - 15:15 -
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
24.06.2026 - 13:00
